Dmitri Nəzərovlu “Ersgebirge” qələbəyə sevinib

Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda “Qroyter”lə qarşılaşıb.

Ev sahibləri bu görüşdə 2:1 qalib gəlublər. Futbolçumuz start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Aue təmsilçisi 33 xalla 18 klub arasında 16-cı pillədədir.

Həmin kateqoriyadan