Dmitri Nəzərovun komandası “Sankt Pauli”ni üstələyib

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Sankt Pauli” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Dimanın adı görüşün iştirak ərizəsində yer almayıb. “Ersgebirge” 9 turdan sonra 10 xalla 18 klub arasında 11-ci pillədədir.

Həmin kateqoriyadan