Dmitri Nəzərovun komandası 2-ci Bundesliqada alt sıralardan qurtula bilmir

Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Hannover”lə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu qarşılaşmada məğlub olub (0:2). Yarımmüdafiəçimiz görüşün 76-cı dəqiqəsində meydana çıxıb. “Ersgebirge” 13 turdan sonra 10 xalla 18 klub arasında 17-ci sıradadır.

Həmin kateqoriyadan