Dmitri Nəzərovun komandası 2-ci Bundesliqasında “Vyusburger”lə heç-heçə edib

Almaniya 2-ci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Vyusburger”lə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu matçda heç-heçə edib (1:1). Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz görüşü əvəz edilmədən başa vurub. “Ağ-bənövşəyilər” 14 turdan sonra 11 xalla 17-ci pillədədir.

Həmin kateqoriyadan