Dmitri Nəzərovun komandası “Valdhof”la heç-heçə edib

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge” klubu yeni mövsümə hazırlıq üçün növbəti yoxlama oyununa çıxın. Allsport.az saytı xəbər verir ki, həmvətənimizin komandası Almaniya Regional Liqasında çıxış edən “Valdhof”la qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb. Futbolçumuz görüşün 46-cı dəqiqəsində meydana çıxıb. Elə qollar da oyunun 2-ci hissəsində vurulub.

Qeyd edək ki, bundan sonra Aue təmsilçisi Almaniya ikinci Bundesliqasının ilk turuna hazırlaşacaq. Nəzərovlu “Ersgebirge”ni ilk turda “Haydenhaym”la oyun gözləyir.

Həmin kateqoriyadan