Dmitri Nəzərovun qolu “Ersgebirge”nin qələbəsində pay sahibi olub

Almaniya 2-ci Bundesliqasında 4-cü turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun şərəfini qoruduğu “Ersgebirge” doğma meydanda “Nürnberq”lə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu matçda qələbə qazanıb – 3:1. Dima sonadək oynayıb. O, 73-cü dəqiqədə “ağ-bənovşəyilərin” 2-ci qoluna vurub.

İlk qələbəsini qazanan “Ersgebirge” 4 xalla 18 klub arasında 10-cu sıradadır.

Həmin kateqoriyadan