- Baxış sayı: 66
- 17 Aprel 2024 19:35
- Baxış sayı: 54
- Aprel 17, 2024
- 0
Ukrayna Liqa Pari-Matçında sində 15-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası növbəti matçına çıxıb.
“Dnepr” səfərdə “Vorskla” ilə qarşılaşıb. “Göy-mavilər” bu matçda qalib gəliblər (2:1). Geridə qalan 14 turda əksər vaxtda ehtiyat oyunçular arasında yer alan həmyerlimiz nəhayət, həmin görüşdə yüksək dəstədə debüt etmək imkanı qazanıb.
Baş məşqçi onu 90-cı dəqiqədə meydana buraxıb. Hesabından 6 xal silinmiş “Dnepr” hazırda 8 xalla 12 klub arasında 11-ci yerdədir.