Dmitri Nağıyevin yeni komandası 3-cü yerdədir

Azərbaycanlı futbolçu Dmitri Nağıyev Litva 1-ci divizionunda çıxış edən “Stumbras” klubuna keçib. Allsport.az saytı xəbər verir ki, həmvətənimiz yeni komandasında debüt matçına da çıxıb. Kaunas təmsilçisi 39 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, müdafiəçi bu yay “Sumqayıt”la müqavilə bağlasa da, sonradan qarşılıqlı razılıq əsasında Portuqaliyanın “Kova de Piedade” klubuna keçmişdi. Amma son anda Dima orda da qərar tutmayıb.

Həmin kateqoriyadan