- Baxış sayı: 33
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 44
- Aprel 20, 2024
- 0
Almaniyanın “Ertsebirge” klubu millimizin futbolçusu Dmitri Nəzərovla müqavilə müddətini uzadıb.
Allsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2023-cü ilin iyuluna kimi nəzərdə tutulub. Klub həmçinin yarımmüdafiəçi Klemens Fandriçlə də müqaviləni eyni müddətə yeniləyib.
Futbolçumuz 2016-cı ilin yayından “Ertsebirge”də çıxış edir. O, komandanın heyətində 97 oyun keçirib və 20 qol vurub. Cəzalı olduğu üçün Bəhreyn və Macarıstan kollektivləri ilə oyunları üçün yığmaya çağırılmayıb.