Dmitri Nazarov meydana girdi, komandası 2 qol buraxdı

Almaniya ikinci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:2 hesablı məğlubiyyətlə üzləşib. Nazarov bu görüşün 65-ci dəqiqəsində meydana çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib. Əksinə, “Karlsrue” məhz ondan sonra iki qol buraxaraq, meydanı məğlub tərk edib.

Qeyd edək ki, “Karlsrue” hazırda 19 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan