Dmitri Saleydən Rio Paralimpiya Oyunlarında 2-ci gümüş mükafat

Rio Paralimpiya Oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idmançılarından Roman və Dmitri Saley qardaşları növbəti sınağına çıxıb. Üzgüçülərimiz 50 metr məsafəyə sərbəst üsulla üzmədə mübarizə aparıblar.

Təsnifat mərhələsində Dmitri 24,40, Roman isə 24,43 saniyəlik nəticəyə göstərib. Finalda adı il çəkilən təmsilçimiz məsafəni 24,29 saniyə üzməklə 2-ci yeri tutub. Roman 24,45 saniyə ilə 4-cü olub.

Dmitri Saleyin qazandığı medal Azərbaycanın Riodakı 10-cu mükafatıdır. O, daha öncə 100 metr məsafəyə brass üsulunda, qardaşı isə 100 metr məsafəyə arxasıüstə üzmədə gümüş medal qazanıb.

Həmin kateqoriyadan