Doğma divarlar Fariz Məmmədova kömək ola bilmədi

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Beynəlxalq Boks Federasiyasının APB turniri çərçivəsində 69 kq çəki üzrə yarışın ilk mərhələsinin qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, rinqə əvvəlcə avstriyalı Markos Nader və keniyalı Rayton Okviri
çıxıb. Gərgin mübarizədə afrikalı idmançı qalib gəlib.

İkinci görüşdə Türkiyə təmsilçisi Onur Sipal litvalı Eimantas Stanionisi məyus edib. Digər döyüşdə Ukrayna boksçusu Denis Lazerev macarıstanlı Qyule Keyti üstələyib.

Günün sonuncu qarşılaşması Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov və rusiyalı Andrey Zamkovoy arasında keçirilib. Döyüşdən rəqib boksçu qalib ayrılıb.

Həmin kateqoriyadan