“Domjale” rəqib meydanda uduzdu, azərbaycanlı futbolçu kənarda qaldı

Sloveniya 1-ci liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası “Domjale” səfərdə “Çelye” ilə qarşılaşıb.

Qonaqlar bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Həmyerlimiz ilk 8 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb. “Sarı-göylər” 9 turdan sonra 14 xalla 10 klub arasında 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan