“Domjale” sülh bağladı, Samir Məsimov kənardan izlədi

Sloveniya çempionatında 32-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Domjale” doğma meydanda “Krka” ilə qarşılaşıb.

Matç heç-heçə başa çatıb – 1:1. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb. “Domjale” geridə qalan turlarda topladığı 50 xalla üçüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan