“Domjale” uddu, Samir Məsimov kənarda qaldı

Sloveniya çempionatında 33-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun oynadığı “Domjale” səfərdə “Qoritsa” ilə qarşılaşıb.

Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 2:0. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb. “Domjale” geridə qalan turlarda topladığı 53 xalla üçüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan