“Domjale” uduzdu, Samir Məsimov birbaşa qırmızı vərəqə aldı

Sloveniya çempionatında 35-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun oynadığı doğma meydanda “Çelye” ilə qarşılaşıb.

Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 0:3. Həmvətənimiz bu görüşə start heyətdə başlayıb. Amma o, qarşılaşmanın 47-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.

“Domjale” geridə qalan turlarda topladığı 54 xalla 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan