Donald Gerye “A Seriya”sına keçir?

“Qarabağ”ın futbolçusu Donald Gerye karyerasını İtaliyada davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, bu barədə vətəni Haitidə tətildə olan yarımmüdafiəçi yerli mətbuata açıqlamasında deyib.

O, menecerinin klub tapmağa yaxın olduğunu qeyd edərək, Avropanın ən güclü çempionatlarından birində çıxış etməyin böyük şərəf olacağını bildirib.

Donald “köhlən atlılar”a ötən ilin yayında Türkiyənin “Alanyaspor” klubundan keçib. 29 yaşlı futbolçunun müqaviləsi gələn ilin yayında bitəcək.

Həmin kateqoriyadan