Dorinel Munteanu: “Belə rəqiblər təhlükəli olur”

Topaz Premyer Liqasının 10-cu turunda keçirilmiş oyunda “Qəbələ” səfərdə “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qonaq komandanın baş məşqçisi Dorinel Munteanu səfər qələbəsini belə şərh verib:

“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu. “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdur. Belə rəqiblər təhlükəli olur.

Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq.  Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq, oyunu sakit izləyə bilərdik”.

Həmin kateqoriyadan