Dortmund “Borussiya”sı Emil Balayevin klubunu darmadağın etdi

Almaniya Bundesliqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Ayntraxt” hazırda 14 xalla 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan