Dostluq «klassik» – «sərbəst» hüdudu tanımır

Milli komandalarımızın güləşçiləri yoldaşlıqda növ arasında fərq qoymurlar. Allsport.az saytının məlumatına görə, bahadırlarımız el şənliklərində, rəsmi tədbirlərdə, yarış qabağı təlim-məşq toplanışlarında və beynəlxalq turnirlərə yollanarkən, bir arada olur, deyib-gülüb-əylənirlər.

Elə təqdim etdiyimiz fotodan da bu aydın görünür: ötən ilin son səfərində, hava limanında təyyarə gözləyərkən, 4 titullu pəhləvanlarımız bir-birlərinə sarılıb, zarafatlaşıblar.

Sərbəst üsulla mübarizə aparan Cəbrayıl Həsənov yunan-Roma güləşçisi Rövşən Bayramovu qucaqladığı halda, onun komanda yoldaşı, olimpiya çempionu Toğrul Əsgərov «klassik» Həsən Əliyevə sarılıb. Şəkildən göründüyü kimi, güləşçilərimiz şəraitdən məmnundurlar, özlərinə güvənirlər və onlar üçün keçilməz sədd yoxdur.

Həmin kateqoriyadan