Dövlət başçısı 4-cü İslam həmrəyliyi oyunları ilə bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev 4-cü İslam həmrəyliyi oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, Nazirlər Kabinetinə bir ay müddətində Bakı-2017-nin təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görmək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etmək, akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan gələ və Azərbaycandan gedə bilərlər. I4-cü İslam həmrəyliyi oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi isə 4-cü İslam həmrəyliyi oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, Bakı-2017 ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir. Öz növbəsində Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 4-cü İslam həmrəyliyi oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Həmin kateqoriyadan