Dövlət rəsmiləri Şahmat olimpiadasında çıxış edəçək milli komandalarımızla görüşüb

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, baş nazirin 1-ci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışın keçiriləcəyi “Büllur saray”da olublar.

Allsport.az saytı xəbər verir ki, arenada yaradılan şəraitlə tanış olan rəsmilər kompleksin yarışa tam hazır olduğunu bildiriblər. Sonra Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının üzvləri ilə görüş keçirilib. Azərbaycan Olimpiadada 3 kişi və 3 qadın komandası ilə təmsil olunur.

Həmin kateqoriyadan