Dünya birinciliyində 3-cü olan Ruslan Həsənov qılıncoynatmada tarixə düşüb

Şpaqaçımız Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, qrupda keçirdiyi 6 görüşü qalib başa vuran həmyerlimiz mütləq nəticə ilə pley-offa yüksəlib.

1/64 finalda yunan Dimitrios Markisə 15:6, ardınca rumıniyalı Adam Masckanı 15:10, sonra Niderland təmsilçisi Rendi Postmanı 15:8 hesabları ilə məyus edən qılıncoynadanımız, 1/8 finalda israilli Stanislav Qalperi də sıradan çıxarıb (15:13).

1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Ruslan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə müstəqillik tariximizdə ilk edib. Şpaqaçımız yarımfinalda fransal Artur Filippə 7:15 hesabı ilə uduzub.

Digər şpaqaçılarımızdan qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Xalid Əliyev pley-offda çinli Xuedonq Vanqa 10:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 6 görüşdən 2-də qalib gələn Barat Quliyev isə pley-offda Küveyt idmançısı Əli Əlfadhliyə 13:15 hesabı ilə uduzub. Daha öncə isə yeniyetmə sablyaçıların yarışında qrup mərhəsində keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Murad Əkbərov çıxışını başa vurmuşdu.

Həmin kateqoriyadan