Dünya birinciliyində Hidayət Heydərov qızıl, Nəzakət Əzizova bürünc medal qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçuların dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü də Azərbaycan millisi üçün uğurlu olub.

73 kq-da çıxış edən istedadlı idmançımız Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünü ən yüksək pilləsinə çıxıb.

Qızların yarışında Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıb. Xatırladaq ki, yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medalla kifayətlənmişdilər.

 

Həmin kateqoriyadan