Dünya boksu canlı əfsanəsini itirdi

İyunun 3-də əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, titullu rinq ustası bir neçə gün əvvəl nəfəs çatışmazlığı problemi ilə əlaqədar Arizonadakı xəstəxanalardan birinə yerləşdirilmişdi. Otuz ilə yaxın idi ki, o, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Əsl adı Kassius Kley olan idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını özünə götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə – 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub.

Həmin kateqoriyadan