Dünya çempionatına 16 cüdoçumuz yollanacaq

25-31 avqustda cüdonun vətəni Yaponiyada dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Tokioya 152 ölkədən 900 tatami ustasının səfəri gözlənilir. Artıq millimizin heyəti bilinib.

Kişilərdə Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi – 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) güclərini sınayacaqlar.

Qadınlarda Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (52 kq), İçinxorloo Münxtsedev (57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan