Dünya çempionatında boyla çəkinin nisbəti necə hesablanacaq

Dekabrın 12-dən 15-nə kimi İspaniyanın Valensiya muxtariyyəti Alikante əyalətinin La Nusya şəhərində bodibildinq üzrə növbəti dünya çempionatı keçiriləcək. «Allsport.az» xəbər verir ki, yarış təşkilatçıları mübarizənin şərtlərini və reqlamenti açıqlayıblar.

Klassik bodibildinq üzrə yarış 168 sm, 171 sm, 175 sm, 180 sm və +180 sm kateqoriyaları üzrə aparılacaq. Çimərlik bodibildinqi (fiziki) üzrə kateqoriyalar 172 sm, 175 sm, 178 sm, 181 sm və +181 sm, fitnes-bikinidə isə 160 sm, 163 sm, 166 sm, 169 sm, 172 sm və +172 sm olacaq.

Daha çox maraq doğuran klassik bodibildinqdə boyla çəki arasında limitin şərtləri də məlumdur. Çəki ilə boyun nisbəti  168 sm-lik kateqoriyada boyun santimetrlə ölçüsündən 100 ədədinin çıxılması ilə aparılır.

Digər kateqoriyalar üçün rəqabət zamanı boyun santimetrlə ölçüsündən 100 rəqəmi çıxıldıqdan sonra üzərinə bir neçə təkrəqəmli də əlavə oluna bilər. Bu zaman 171 sm qədər +2, 175 sm-dək +4, 180 sm-dək +6, 190 sm-dək +8, 198 sm-dək +9 və 198 sm-dən yuxarılar üççün +10.

Həmin kateqoriyadan