Dünya çempionatında daha 12 qalib

Paytaxtda velosiped idmanının BMX növü üzrə dünya çempionatının 2-ci yarış gününə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu dəfə “Çağırış”dərəcəsində daha 12 qalib müəyyənləşib.
 
Oğlanlar arasında 7 kateqoriyada təşkil olunan yarışlarda 5-6 yaşlı velosipedçilər arasında ABŞ idmançısı Keyn Şultheys birinci olub. 7 yaşlı oğlanların mübarizəsində də ABŞ idmançısı fərqlənib – Cozef Mather bütün rəqiblərini qabaqlamağı bacarıb.
 
Çempionatda 8 yaşlıların yarışında braziliyalı Lukas Kardoso Darriba birinci olub. 9 yaşlı idmançıların mübarizəsində avstraliyalı Fraser Vauqan birinci yeri yeri tutub.
10 yaşlı velosipedçilər arasında Avstraliyanın digər təmsilçisi Tama Onekava fərqlənib.
 
ABŞ təmsilçisi Kol Frederik 11 yaşlıların yarışında çempion olub. 12 yaşlı velosipedçilərin mübarizəsində digər ABŞ idmançısı Ronni Kim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Qızlar arasında 8 yaşlı idmançıların yarışında Yaponiya təmsilçisi Mana Savada fərqlənib. 9 yaşlıların mübarizəsində kolumbiyalı Qvadalupe Palasios Palomek, 10 yaşlılar arasında isə ABŞ idmançısı Taylor Sprat birinci olub.
 
11 yaşlı idmançıların yarışında avstraliyalı Portia Eden birinci yeri tutub. 12 yaşlıların mübarizəsində isə Latviya idmançısı Paula Kibare bütün rəqiblərindən üstün olub.
 
Mükafatlandırma mərasimində Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartien, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirak ediblər.
 
İyunun 7-si, saat 09:30-da startı veriləcək 3-cü yarış günündə Azərbaycan təmsilçilərindən Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Həmin kateqoriyadan