Dünya çempionatında daha 2 medal

Elcan Məmmədrzayev (-61 kq) və Hümmət Baxşəliyev (-57 kq) İndoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında 9-cu dünya çempionatında daha iki medal qazanmaqla ümumi mükafatların sayını üçə qaldırıblar. Allsport.az xəbər verir ki, yarışın ikinci günü tatamiyə çıxan dörd idmançımızdan E.Məmmədrzayev 16-17 yaşlılar arasında beş rəqibindən yalnız yaponiyalı idmançıya finalda yenilməklə gümüş medala sahib olub.

14-15 yaşlı yeniyetmələrdən H.Baxşəliyev isə yarımfinalda yapon idmançısına minimal xalla məğlub olaraq bürünc medal şansını əldən verməyib.

Bu nəticə ilə üç yaş qurupunda mübarizə aparan yeniyetmə və gənc karateçilərimiz 29 medal qazana bilən ölkə arasında 10-cu pillədəki mövqeni qoruyublar. 94 ölkədən 1425 karateçi iştirakı ilə dünya çempionatının üçüncü yarış günü daha 7 karateçimiz tatamiyə çıxacaq. Yarış bazar günü başa çatacaq.

Həmin kateqoriyadan