Dünya çempionatında Elvin Məmişzadə qızıl, Albert Səlimov gümüş medal qazandı!

Bu gün Qətər paytaxtı Dohada boksçuların dunya cempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, həlledici mərhələdə bizdən 2 idmançı iştirak edib. Milli üzvlərindən finalda ilk rinqə çıxan Elvin Məmişzadə (52 kq) olub. O, kubalı Yosbani Veytia ilə qarşılaşıb. Rəqiblə çox ağıllı döyüşən boksçumuz, mübarizəni tam üstünlüklə xeyrinə başa vurub, dünya çempionu adına yiyələnib.

Digər finalçımız Albert Səlimov (60 kq) da kubalı boksçu ilə qarşılaşıb. 2-qat dünya çempionu Lazaro Alvareslə gərgin görüşdə təmsilçimiz xalda üstün idi. Amma 2-ci raundda legionerimiz alın nayihəsidən zədələndiyi üçün, hakim görüşü saxlayıb. Qələbə rəqibə verilib.

Xatırladaq ki, bu dünya çempionatında 91 kq-da mübarizə aparan Abdulqadir Abdullayev bürünc medal, Elvin Məmişzadə və Pərviz Bağırov (69 kq) həm də  Rio-2016-ya vəsiqə qazanıblar. Albert Səlimova (60 kq) gəlincə, o, daha erkən, WSB liqasından Azərbaycan idmançıları arasında olimpiya oyunlarına ilk lisenziyaya sahib çıxıb.

Ümumiyyətlə, Dohada 23 rinq ustası Brazaliyaya yollanmaq imkanı qazanıb. Bunlar 91 və +91 kq-da çempionlar, 46-49, 52, 81 kq-da finalçılar, 56, 60, 64, 69, 75 kq-larda ilk 3 yeri tutanlardır.

albert

Həmin kateqoriyadan