Dünya çempionatında hansı bədii gimnastlarımız çıxış edəcək?

Bədii gimnastika üzrə Azərbaycan millisi dünya çempionatı üçün heyətini açıqlayıb. Allsport. az saytı xəbər verir ki, komandanın baş məşqçisi Mariana Vasilyeva sentyabrın 7-13-də Almaniyanın Ştutqart şəhərində keçiriləcək mübarizədə ən güclülərə şans verib.

Dünya çempionatının fərdi yarışlarında ölkəmizin idman şərəfini Marina Durunda, Ayşən Bayramova və Zeynep Elif Celep qoruyacaq. Qrup hərəkətlərində isə komandamızın heyətinə Siyana Vasilyeva, Aynur Mustafayeva, Diana Doman, Aleksandra Platonova, Nigar Abdusalimova və Səbinə Abbasova daxil edilib.

Artıq yığmamız Almaniyada ilk məşqini keçirib. Yarış “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Həmin kateqoriyadan