Dünya çempionatında qazanılan lisenziyalarımızın sayı 10-a çatdı!

ABŞ-ın Las Veqas şəhərində güləşçilər arasında dünya çempionatı davam edir. Allsport.az saytının xəbərinə görə, yarışın 5-ci günündə Rio Yay Olimpiya Oyunlarına yenə 2 lisenziya qazanılıb.

Bu uğura sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) yetişiblər. Adı çəkilən növdə dünən olimpiya çempionu Toğrul Əsgərov (65 kq) olimpiadaya adını yazdırıb.

Bunlardan başqa, qadınlarda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq), yunan-Roma güləşində Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) olimpiya oyunlarına vəsiqə qazanıblar.

Həmin kateqoriyadan