Dünya çempionatının finalı Ankarada baş tutacaq

23-26 dekabrda “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve International Sport Clubs”-ın ağır atletika üzrə dünya çempionatının final yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, adı çəkilən yarış Ankarada bu kluba məxsus “Altınpark-Axarsu Yarış Kompleksi”ndə baş tutacaq. Çempionatda 10 ölkədən – Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan,Moldova, Polşa, Bolqarıstan, Ukrayna və ABŞ-dan gələn heyətlərə nəticələrinə əsasən müxtəlif sayda olmaqla 150-yə yaxın idmançı, məşqçi və nümayəndə heyəti iştirak edəcək.

Reqlamentin əsasnaməsinə əsasən ağır atletlər 8 yaş qrupunda Sinkleyr cədvəli üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Yaş qrupları aşağıdakılardır:

Kişilər: U-12, U-15, U-20, +20 yaş və veteranlar.
Qadınlar: U-15, U-20 və +20 yaş qrupu.

Bütün yarış iştirakçıların xərclərinin hamısını klub tərəfindən ödəniləcək, hər birinə yeni qış idman ayaqqabısı və geyimləri paylanacaq. Qaliblər və mükafatçılara diplom, medal, kubok, pul və ev sertifikatları veriləcək. Rəqabətə hakim qismində beynəlxalq dərəcəli mütəxəssislər xidmət edəcəklər.

Həmin kateqoriyadan