Dünya çempionatının ulduz elçisi Bakıda

İyunun 5-9-da Bakıda BMX idmanı üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün yarışın ulduz elçisi Tvan van Gendt paytaxtımıza gəlib. Niderlandlı idmançının məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Red Bull” şirkətinin dəvəti ilə Bakıda olan qonaq sınaq yürüşlərindən başqa bir neçə tanıtım videoçarxının çəkilişlərində iştirak etməklə yanaşı, yeniyetmə və gənc velosipedçilər üçün seminar da təşkil edəcək.

Həmin kateqoriyadan