Dünya çempionlarımızın Karpat sınağı

2-4 avqustda Rumıniya paytaxtı Buxarestdə yunan-Roma güləşçiləri arasında Yon Kornianu və Ladislav Simona həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda 3 bahadır təmsil edəcək.

Məşqçi Emin Əhmədovun rəhbərliyi ilə ənənəvi yarışda dünya çempionları Eldəniz Əzizli (60 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaq.

Həmin kateqoriyadan