Dünya çempionu Bakıda səfərdədir

Qılıncoynatma üzrə dünya çempionu Olqa Xarlan Bakıda səfərdədir. Allsport.az xəbər verir ki, Olqa Xarlan yerli qılıncoynadanlarla sessiya keçirəcək.

Qılıncoynatma üzrə milli komandamızın üzvləri üçün təşkil olunacaq sessiya aprel ayının 10-da, saat 10:15-də Azərbaycan Qılıncoynatma Federasiyası nümyəndələrinin iştirakı ilə keçiriləcək. Tədbirin sonunda Olqa Xarlan media nümayəndələri ilə görüşəcək.

Tədbir Azərbaycan Qılıncoynatma Federasiyasının baş ofisində keçiriləcək.

Həmin kateqoriyadan