Dünya çempionu: Rauf Məmmədovla oyunun nəticəsindən razı qalmadım

Maqnus Karlsen “Shamkir Chess- 2018” superturnirində növbəti heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, norveçli şahmatçı qara fiqurlarla Teymur Rəcəbovla xalı yarı bölüb. Partiyadan sonra dünya çempionu mətbuat konfransında bunu deyib:

“Düzünü deyim ki, çox yorğum idim. Rauf Məmmədovla görüş gec başa çatdı. Mətbuat konfransları çox uzun olur. Üstəlik, suallar veriləndə daha gec başa çatır. Həm də nəticədən razı qalmadım. Belə matçdan sonra bəzən media qarşısına çıxmaq istəmirsən. Ötən gün mən çox yorğun idim. Dərhal növbəti rəqiblə oyuna hazırlaşmaq barədə düşünürdüm.

Heç-heçələri çox vaxt sevmirəm. Amma qaçılmaz oldu. Teymur Rəcəbovla oyunda gedişlər təkrarlandı. Ona görə bərabərlik qeydə alındı. Növbəti turda nəhayət ilk qələbəni qazanmaq istəyirəm. Ardıcıl 4 partiyada udmamışam. Belə nəticəyə öyrəşən şahmatçı deyiləm”.

Həmin kateqoriyadan