Dünya kubokun ilk yoxlama məşqi

Milli gimnastika arenasında batut və tamblinq üzrə dünya kubokunun ilk yoxlama məşqi keçirilib. Allsport.az saytı xəbər verir ki, çalışmalar bütün yarış qaydasını əhatələyərək, ilk olaraq açılışdan başlayıb. Sonra Azərbaycan təmsilçiləri ilə yanaşı Polşa, Qazaxıstan və Gürcüstan komandaları öz proqramlarını təqdim ediblər.

Öncə qeyd edildiyi kimi, bu kubokun Tokio-2020 oyunlarına lisenziya xarakteri daşıması gimnastların həyəcan və məsuliyyətini ikiqat artırır. Elə ona görə də kuboka qədər tam formada olmaq məqsədilə, artıq bir çox ölkələrin idmançıları arenadakı təlim-məşqlərinə start veriblər.

Bir neçə gün sonra başlayacaq yarışlarda ümumilikdə 30 ölkə iştirak edəcək. Qeyd etməyə dəyər ki, ötən il Sankt-Peterburqdabaş tutmuş batut gimnastikası üzrə dünya çempionatında 33 ölkənin təmsilçiləri mübarizə aparmışdı. Ölkələrin və titullu gimnastların sayı isə öz növbəsində rəqabətin və kubokun statusunun yüksək olacağını artıq müəyyənləşdirir.

Həmin kateqoriyadan