«Dünya Kubokunda özümüzü heç bir rəqibdən zəif saymırıq»

Məlum olduğu kimi, yunan-Roma güləşçilərindən ibarət millimiz fevralın 19-20-də Tehranda keçiriləcək Dünya Kubokunda çıxış edəcək. «Klassiklər»imiz «A» qrupunda meydan sahibi, İsveç və Almaniya komandaları ilə bir qrupda mübarizə aparacaq.

Yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov bu ciddi sınaq qabağı vəziyyəti dəyərləndirib. Allsport.az saytına açıqlamasında deyib ki, güləşçilərimiz ən azından qrupda 2-ci yer uğrunda mücadilə edəcək:

«Qrupda favorit İran komandasıdır. Onlar ev sahibləri olduğundan, yerli azarkeşlərin də dəstəyindən yararlanacaqlar. Bütün bunlara rəğmən, biz özümüzü heç bir rəqibdən zəif saymırıq. Çalışacağıq ki, İran pəhləvanlarına ciddi müqavimət göstərək. Qonşu ölkədən uğurla dönəcəyimizə inanıram».

Həmin kateqoriyadan