Dünya kubokunda sablyaçılarımız 12-ci oldu

Afinada qılıncoynadanlar arasında dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, həmin yarışda sablyaçılardan ibarət milli komandalarımız da mübarizə aparıb. Ölkəmizi Yunanıstanda AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi ilə Səbinə Mikina, Fatma İbrahimova, Sevil və Sevinc Bunyatova bacılarını təmsil ediblər.

Şəxsi yarışda 173 qılıncoynadan iştirak ərizəsinə adını verib. Bu proqramda ən yaxşı nəticəadı ilk çəkilən idmançımıza məxsus olub. 1/16 finalda Səbinə Mikina London olimpiadasının qalibi Olqa Harlama uzudub. Titulu idmançı elə sonda dünya kubokunu qazanıb.

Komanda mübarizəsində də qızlarımız yer alıblar. Bu rəqabətdə 23 kolelktiv çıxış edib. 1/16 finalda millimiz qazaxıstanlı həmkarlarını 45:23 üstələyib. Növbəti mərhələdə sablyaçılarımız güclü ABŞ komandasına uduzublar (38:45).

9-12-ci yerlə uğrunda mücadilədə Meksiya qılıncoynadanları da bizimlə bacarmayıb (45:38). Növbəti görüşdə seçməmiz Yaponiya komandasına çətin anlar yaşadıb. Bunu görən çinli hakimlər asiyalılara dəstək verməyə başlayıblar.

Onlar 4 dəqiq zərbəmizi əks tərəfin xeyrinə qeydə alıblar. Nəticədə, qızlarımız 44:45 hesabı ilə məğlub olub. İspaniya sablyaçıları ilə son qarşılaşmada millimiz həm fiziki, həm də mənən yorulduğundan 23:45 uduzaraq, 12-ci yer tutub.

Həmin kateqoriyadan