Dünya kubokunda yalnız 2 boksçumuz 1/4 finala çıxdı

Ramal Aslanov: Boksa keçməyimdə məqsəd, Rio-2016-da iştirakdır

Bu gün Rusiyanın Beloyarsk şəhərinin idman sarayında neft ölkələrinin Sibirdə neft yataqlarını kəşf etmiş məşhur azərbaycanlı Fərman Salamnovun xatirəsinə həsr olunmuş 12-ci dünya kuboku uğrunda mübarizəyə start verilib.

Allsport.az saytı xəbər verir ki, yarışlara 18 avropa və Asiya ölkəsinin 120-dək idmançısı qoşulub. Yuqra Boks Federasiyasının icraçı direktoru Ramiz Hadıyevin sözünə görə, turnirdə Rusiya seçmə komandası ilə yanaşı, yerli idmançılar da ayrıca komanda ilə iştirak edirlər. Mübarizəyə 1/8 finaldan start verilib.

Yarışa əhalənin marağı kifayət qədər yüksəkdir. Açılış və bağlanış mərasimləri üçün biletlər artıq satılıb, qurtarıb.

Bizim komandamıza gəlincə, bu gün rinqə 8 boksçumuz çıxıb. Onlardan yalnız ikisi  – Salman Əlizadə (49 kq) və Ramal Aslanov (69 kq) qalib gəliblər. Adı son çəkilən idmançı saytımıza bildirib ki, hədəfi bu turnirdə qalib olmaqdır:

«Məni tanıyanlar bilir ki, kikboksda döyüşürəm. Bu növdə dünya və Avropa çempionuyam. Peşəkarlar arasında isə, reytinqdə ikinci yerdəyəm. Həvəskar boksa gəlməyimdə məqsəd, Rio-2016-ya lisenziya almaqdır. Çünki Olimpiya oyunlarında iştirak etmək hər bir idmançının arzusudur».

Qeyd edək ki, sabah daha 8 boksçumuz 1/4 finala adlamaq üçün rinqə çıxacaq.

Həmin kateqoriyadan