Dünya Kubokunu qazanan millimizin 7 güləşçisi «Neftçi» İdman Klubunun üzvləridir

Bu günlərdə Tehranda yunan-Roma güləşçiləri arasında Dünya Kuboku keçirilib. «Neftçi» İdman Klubunun mətbuat xidmətindən allsport.az saytına verilən məlumata görə, yarışda yüksək səviyyədə çıxış edərək baş mükafata sahib çıxan Azərbaycan millisinin 8 çəkidə heyətə daxil edilən 12 pəhləvandan 7-si bu ictimai birliyinin idmançılarıdır. Bunlar Rövşən Bayramov (59 kq), Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (74 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyevdir (98 kq).

Həmin kateqoriyadan