Dünya rekorduna imza atan idmançımızla görüş keçirilib

Xəbər verdiyimiz kimi, 26-30 iyul 2015-ci il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində pauerliftinq idman növü üzrə açıq çempionat keçirilib. Allsport.az xəbər verir ki, çempionatda 30 ölkədən 220 nəfər paralimpiyaçı idmançı iştirak edib.

Çempionatda iştirak eden Azərbaycan Milli Paralimpiya Komitəsinin pouerliftinq idman növü üzrə milli komandasının üzvü Elşən Hüseynov 107 kq çəki dərəcəsində 242 kq ağırlıq qaldıraraq qızıl medal qazanmaqla yanaşı dünya rekordunu təzələyib. E.Hüseynov hazırda beynəlxalq reytinq cədvəlində birinci yerdədir.

İyulun 13-də Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Elşən Huseynovu və pauerliftiq idman növü üzrə milli komandanın baş məşqçisi İlqar İbişovu qəbul edib. İ.Rəhimov E.Hüseynovu əldə etdiyi qələbə münasıbəti ilə təbrik edərək ona ugurlar arzulayıb. Baş məşqçi keçirilmiş çempionat haqqında məlumat verib. Göruşdə qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Həmin kateqoriyadan