Dünya şöhrətli karateçilərimiz Niderland premyer liqasında döyüşəcək

16-18 martda Niderlandda karate1 premyer liqası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 74 ölkədən 683 kimono ustası çıxış edəcək. Bizdə baş məşqçi Şahin Xudaverdiyev dünya əmsalında ilk 50 yerdə olan milli üzvlərinə üstünlük verib.

Premyer liqada Dubay turnirinin qalibi Rafael Ağayev (75 kq), mükafatçılar Ayxan Mamayev (84 kq), Nuranə Əliyeva (50 kq), eləcə də Firdovsi Fərəzliyev (60 kq), Niyazi Əliyev (67 kq), Asiman Qurbanlı, Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Fidan Teymurova (50 kq) və İlahə Qasımova (55 kq) medallar uğrunda tatamiyə çıxacaqlar.

 

Həmin kateqoriyadan