Dünya və Avropa çempionu: Şərif Şərifov Azərbaycanı seçməkdə düz etdi

«Rusiya boksuna çox töfhə vermişəm. Uzun illər milli komandanın aparıcı üzvü olmuşam. London Olimpiadasından sonra qərara gəldim ki, böyük idmanla vidalaşım. Bir qədər keçəndən sonra gördüm, yox, hələ də gücüm var. Belədə, Azərbaycandan gələn təklifi məmnuniyyətlə qəbul etdim».

Bu açıqlamanı allsport.az saytına yığma komandamızın təcrübəli boksçusu Albert Səlimov (60 kq) dedi. Dünya və Avropa çempionu bildirdi ki, ölkəmizdə idmana böyük diqqət və qayğı var. Bu üzdən dağıstanlı idmançılar Azərbaycandan gələn təklifi adətən, müsbət dəyərləndirirlər:

«Rusiyanın güləş və boks milli komandalarında gərgin rəqabət var. Bir çəkidə 2-3 eyni səviyyəli idmançı olur. Mübarizədən, diqqətdən kənarda qalanlar başqa ölkələrdə çıxış etməyə üstünlük verirlər. Belə məkanlardan ən əlverişlərindən biri Azərbaycandır. Götürək, elə Şərif Şərifovu.

O, Rusiyada elə də tanınmırdı. Gərgin rəqabətdə əsas heyətə düşə bilmirdi. Burada ona yaxşı şans yarandı. Nəticədə, olimpiya çempionu oldu. Bir də, niyə axı biz Azərbaycanı seçməyək? Necə olsa, qafqazlıyıq. Dinimiz, mentalitetimiz birdir. Burada tez uyğunlaşıb, nəticə vermək olur».

Həmin kateqoriyadan