Dünyanın ən qocaman olimpiya çempionu dünyasını dəyişdi

Dünyanın ən qocaman olimpiya çempionu Şandor Tariks 102 yaşında vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, Berlin-1936-da su polosu üzrə Macarıstan millisinin heyətində qızıl medal qazanıb.

Onun vəfatından sonra, hazırda sağ-salamat qalan ən yaşlı olimpiya çempionu Dervard Noulsdur. 98 yaşlı ixtiyar Tokio-1964-də Baham adalarından yelkən idmanında baş mükafata sahib çıxıb.

Şandor Tariks vəfat etdiyi anda dünyada ən qocaman olimpiya çempionu, habelə müharibədən əvvəlki olimpiya oyunlarının sağ-salamat olan yeganə qalibi idi.

Həmin kateqoriyadan