“Duysburq” səfərdə heç-heçə etdi, Toğrul Ərat oynamadı

Almaniya 3-cü Bundesliqasının 19-cu turunda Azərbaycan millisinin üzvü Toğrul Əratın çıxış etdiyi “Duysburq” səfərdə “Zviçkau” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, futbolçumuzun komandası bu matçda heç-heçə edib (1:1).

Yarımmüdafiəçimiz görüşü ehtiyat oyunçular skamyasından izləyib. “Zebrlər” 19 turdan sonra 35 xalla 20 klub arasında 1-ci pillədə yerini qoruyur.

Həmin kateqoriyadan