“Duysburq”lu Toğrul Ərat səfərdə heç-heçə edib

Almaniya 3-cü Bundesliqasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın komandası “Duysburq” səfərdə “Proyssen”la qarşılaşıb.

Qonaqlar bu görüşdən heç-heçə ilə ayrılıblar – 1:1. Start heyətdə meydana çıxan futbolçumuz matçın 61-ci dəqiqəsində əvəzlənib. 3 turdan sonra “Duysburq” 20 klub arasında 5 xalla 5-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan