Dviçayo – Qovimuramadhoni cütü növbəti mərhələdə

Kaunas şəhərində keçirilən “YONEX Lithuanian International 2018” qoşa yarışlarda növbəti görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, Edi Reski Dviçayo – Ezmi Qovimuramadhoni cütü ingiltərəli Aleksandr Kuk və Adam Lamla qarşılaşıb.

Görüş badmintonçularımızın 2:0 (21-15, 21-18) qələbəsi ilə başa çatıb. Təmsilçilərimiz ardınca polşalı Robert Sibulski – Adam Szolc tandeminə qalib gəlib – 2:1 (21-16, 20-22, 21-15).

Qoşa yarışlarda mübarizə aparan Cahid Əlhəsənov – Səbuhi Hüseynov cütü isə danimarkalı Rasmus Espersen – Sebastyan Qronbyerq tandeminə 0:2 (7-21,9-21) hesabı ilə uduzub.

Həmin kateqoriyadan