Eddi İsrafilov “Fulhem”də?

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirə bilər. Allsport.az saytının məlumatına görə, “La Verdad” nəşri onun İngiltərənin gücünə görə ikinci liqasında çıxış edən “Fulhem”lə razılığa gəldiyini iddia edir.

Bildirilir ki, futbolçumuzun müqavilə ilə bağlı olduğu İspaniyanın “Mursiya” klubu onu Londona buraxmağa razı deyilmiş. Amma sonradan klub rəhbərliyi 200 000 avro qarşılığında Eddini İngiltərə təmsilçisinə verməyə razı olub. Tərəflər anlaşa bilsə, İsrafilov “Fulhem”də də icarə əsasında çıxış edəcək. Bu klub yeni mövsümdə Premyer Liqasına vəsiqə qazana bilsə, “Mursiya”nın qazancı ikiqat olacaq (400 000 avro).

Qeyd olunur ki, Eddi ilə İspaniyanın “Sportinq Xixon”, “Valyadolid”, “Kadis”, “Alkarkon”, “Luqo”, “Hueska” kimi klublar da maraqlanır. Amma millimizin üzvü İspaniyada yox, İngiltərədə oynamaqda maraqlıdır. Sonda onu da bildirək ki, İsrafilov son olaraq İspaniyanın “Kordoba” klubunda çıxış edib.

Həmin kateqoriyadan